“Küçələrdə aparılan dezinfeksiya işlərinin təbiətə, flora və faunaya az da olsa, neqativ təsiri var. İnsan sağlamlığı və onun təhlükəsizliyi bizim üçün çox vacibdir”.
Fins.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbəri Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, bununla bağlı müvafiq qurumlarla müzakirələr aparılıb:
“Virusların məhv edilməsi üçün istifadə edilən dezinfeksiyaedici maddələrin tərkibində xlor və digər maddələrin az miqdarda istifadə edilməsi razılaşdırılıb ki, təbiətə, flora və faunaya ziyan minimuma endirilsin”.