SOSİUM

22 May

Bakıda çirklənmənin azaldığı ərazilər açıqlandı - RƏSMİ

“May ayında karantin rejiminin yumşaldılmasından sonra atmosferdə çirkləndirici maddələrin miqdarı artıb”. 

Fins.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, artımın miqdarı aprel ayı ilə müqayisədə 30-35 faiz təşkil edir.

“Bakı şəhərinin xüsusilə nəqliyyatın daha sıx olan nöqtələri - Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektlərində, Ukrayna dairəsində aparılan ölçü işləri göstərir ki, aprel ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə, havada olan çirkləndiricilərin miqdarı 45-50 faiz azalıb”, - deyə U.Tağıyeva qeyd edib.