Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin rəisi Arif Tahirov və şöbənin 3 əməkdaşı işdən çıxarılıb.
Fins.az xəbər verir ki, onlar işdə yol verdiyi nöqsanlara görə tutduqları vəzifələrdən azad olunublar.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı faktı təsdiqləyib.
© APA