SOSİUM

21 May

Şirvan şəhərindəki reabilitasiya müəssisəsi yaxın aylarda əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə ver

Əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılır. 

Burada  müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılır. Müəssisədə sınanmış fizioterapevtik metodlardan  və müasir avadanlıqlardan istifadə edilməklə əlilliyi olan şəxslərə kompleks bərpa xidmətləri göstəriləcək.   

Şirvan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər üçün nəzərdə tutulan mərkəzdə əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmaq üzrədir və müəssisənin yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulur.