SOSİUM

17 Mart

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərin sırası genişləndirilir

Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərin sırasının genişləndirilməsi təklif edilir.

Fins.az xəbər verir ki, bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 62-ci maddəsinə (Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri) yeni 2.9-cu bənd əlavə olunur.

Yeni bəndə əsasən, geoloji parklar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərin sırasına daxil edilir.

Qanun layihəsinə dəyişiklik Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılacaq.