SOSİUM

03 Mart

Tikintidə əmək münasibətləri ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 180 səyyar monitorinq həyata keçirilib.

Fins.az-ın Mərkəzə istinadən verdiyi xəbərə görə, monitorinq edilmiş işçilərin sayı 7121, monitorinq edilmiş işəgötürənlərin sayı 334 olub.

Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 18,2 % təşkil edib. Monitorinqlərdən sonra yoxlanılmış işəgötürənlər üzrə imzalanmış müqavilə sayı 102 808 olub.