SOSİUM

17 Yanvar

İstirahət günlərində gözlənilən HAVA PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Böyük və Kiçik Qafqazdahava əsasən yağmursuz olacaq. Lakin yanvarın  18-də axşam, 19-da yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.Havanın temperaturu gecə 3 dərəcəşaxtadan 2 dərəcəyədək isti,gündüz 5-9 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

Lənkəran-Astara zonasındaarabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.Havanın temperaturu gecə 1-4, gündüz  5-8 dərəcə isti, dağlarda gecə 0-4 dərəcəşaxta,  gündüz  2-4 dərəcə isti olacaq.Yollar buz bağlayacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz olacaq. Lakin yanvarın 19-da bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  6-10 dərəcə isti olacaq.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin yanvarın 19-da arabir yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.Havanın temperaturu gecə 3 dərəcəşaxtadan 2 dərəcəyədək isti, gündüz  7-11 dərəcə  isti olacaq.

Naxçıvan MR-da arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-8, dağlıq ərazilərdə 10-14dərəcə şaxta, gündüz  0-5 dərəcə  isti olacaq.

Paytaxtda isəgecə və axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, yanvarın 19-da gündüz mülayimləşəcək.Havanın temperaturu  gecə 2-4, gündüz  7-9 dərəcə isti olacaq.