SOSİUM

08 Yanvar

\"BTQ-nin yükdaşıma tarifləri daha da sərfəli olacaq\"

“Gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) ilə daşınacaq yüklərin miqdarı çox olacaq və yükdaşıma tarifləri daha da sərfəli olacaq”.

Bunu Türk Dünyası Parlamentlər Birliyinin baş koordinatoru, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.

O əlavə edib: "Çatdırılma müddəti qısalacaq, beləliklə, məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Bu vəziyyət az da olsa, məhsulların qiymətini azaldacaq. BTQ dəmir yolu xətti Azərbaycan üçün nə qədər vacib əhəmiyyət daşıyırsa, Türkiyə üçün də bir o qədər əhəmiyyətə malikdir. Nəticədə əsrin ən böyük dəmir yolu xətti layihəsinin Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin, ümumilikdə, dünyada ticarətin inkişafına qatqıları olacaq. Həmçinin layihənin reallaşdırılması bir daha iki qardaş ölkə arasında əməkdaşlığın önəmini və gücünü dünyaya sübut edib. Bu mənada Azərbaycanın ərazisinin təcavüzə məruz qalmasına baxmayaraq, dünyaya energetika layihələrində olduğu kimi, dəmir yolu layihəsində də potensialını göstərib”.

© Marja