Avropanın ən böyük nəqliyyat operatoru “PO Ferrymasters” Azərbaycan, Gürcüstan, İraq və Mərkəzi Asiya ölkələri ilə yük daşıma istiqamətində iddialı genişlənmə planlarını açıqlayıb.
“Report” xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə “PO Ferrymasters”in yükdaşıma üzrə direkoru Murat Bog bildirib ki, İstanbulda artıq fəaliyyət göstərən qovşaq Türkiyə-Avropa yükdaşıma əməliyyatlarını həyata keçirir, və o, baza qismində istifadə olunacaq: "Amma İzmirdə, Bursada, Mersində və Qazientəpədə açılacaq ofisləri vasitəsi ilə isə Türkiyədə hərtərəfli bir şəbəkəni inkişaf etdirəcək".
O deyib ki, bu genişləndirmə həm Avropa, həm də Asiyada imkanlarımızı daha da gücləndirəcək: “Əlimizdən gələni edirik ki, çətin loqistik çağırışları həll edək. Hazırda biz Avropa və Türkiyə arasında yükdaşıma və intermodal xidmətləri təklif edirik. Azərbaycan, Gürcüstan, İraq, Qazaxıstan, Türkmənistan və Özbəkistana yükdaşıma ilə bağlı gediş-gəliş cədvəlimizi quraraq Türkiyəni bütün Yaxın Şərq, Rusiya və Ukraynaya daxil olan müştərilər üçün mərkəzimizə çevirməyi planlaşdırırıq".