Dünyanın hər yerində insanlar yeni il çox gözəl bir il olması ümidilə qarşılayırlar, ancaq bu qarşılanmanı müşayiət edən adət və ənənələr təbii ki, hər yerdə, hər ölkədə fərqlidir. Biz də sizin üçün ən fərqli yeni adətlərini araşdırdıq, buyurun tanış olun.
1. Kolumbiya
Yeni Zelandiyada yeni ilə daxil olarkən hər kəs küçələrə çıxar və əllərindəki qazan və tavalarla mümkün qədər güclü səs salmağa çalışarlar.
3. İspaniya
Yaponiyalılar saat 00:00 olduğu zaman qəhqəhə çəkməyə başlayırlar.
5. İngiltərə
Çilidə evi içəridən çölə doğru süpürsəniz, köhnə ilin mənfi enerjisini də atmış hesab olunursunuz.
7. Danimarka
Braziliyada mənfi ruhları uzaqlaşdırmaq üçün bəyaz libas geyinməlisiniz.
9. Hollandiya
Cənubi Afrikada köhnə elektronika avadanlıqları pəncərədən çölə atılır.
11. Panama
Boliviyalılar yeni il üçün hazırladıqları şirniyyatların içində “şans pulu” adlandırdıqları dəmir qəpikləri gizlədərlər. Bu pullar kimin şirniyyatından çıxsa, yeni ilin həmin insana şans gətirəcəyinə inanılar.
13. Estoniya
Şotlandiyada saatlar gecə yarısını göstərdiyində insanlar sevdiklərinin evinə ilin “ilk ayaq basanı” olmaq üçün bir-birləri ilə yarışırlar. İlk ayaq basdıqları evə isə pul, çörək, duz, kömür, viski kimi hədiyyələr aparırlar.
15. Rusiya
Kolumbiyada yeni il gecəsi əllərində çamadanla küçələrdə qaçışan insanları görmək çox adi haldır.
2. Yeni Zelandiya
İspaniyada gecə yarısı kilsə zəngləri çalarkən 12 üzüm dənəsi yemək adəti mövcuddur. Zəng səsi kəsilənə qədər insanlar on iki üzüm dənəsinin hamısını yeyib bitirməli olduqları üçün adətən yeni ilə ağızları üzüm dolu olaraq daxil olarlar.
4. Yaponiya
İngilislər hər il yeni il gecəsi nifrət etsələr belə Jools Holland-ın “Hootenanny” yeni il televiziya şousunu izləyərlər.
6. Çili
Danimarkada yeni ilə şanslı girmək üçün insanlar evlərinin önündə boşqab sındırırlar.
8. Braziliya
Hollandiyada köhnə ilin bütün pis anlarını və ruhlarını yox etmək üçün küçələrdə tonqal qalayar və yeni il üçün bəzədilən şam ağaclarını bu tonqala atarlar.
10. Cənubi Afrika
Panamada yeni il gecəsi məşhurların “muneco” adlandırılan və mənfi ruhları təmsil etdiyinə inanılan kuklaları yandırılır.
12. Boliviya
Estoniyalılara görə, yeni il günü 7 dəfə yemək yeyənlər yeni ili bolluq içində keçirərlər. Boşqabdakı yeməyin hamısını bitirmək isə məcburi deyil, hətta boşqabda yemək saxlamağın əcdadlarının ruhları üçün yaxşı olduğuna inanırlar.
14. Şotlandiya
Rusiyada insanlar yeni ildən gözləntilərini kiçik kağızlara yazır və sonra bu kağızları yandırırlar, küllərini isə içi şampan dolu badələrə töküb içirlər.