SOSİUM

29 Dekabr

2019-cu ildə ən çox satılan sənət əsərləri: TOP-10

İncəsənət əsərləri həmişə zəngin insanlar arasında yüksək dəyərləndirilib. Varlıların çoxu incəsənət əsərlərinin kolleksiyasını yığır və ya onlara əlverişli investisiya kimi baxırlar.

2019-cu il sənət əsərlərinin satışı ilə məşğul olan hərraclar üçün çox da uğurlu il sayılmır. Buna baxmayaraq, bir sıra iri sazişlər də bağlanılıb.

Beləliklə, 2019-cu ildə hərraclarda satılan əsərləri təqdim edir.

1. Klod Mone “Ot tayası” (1891)

Qiyməti: $110,7 mln

Hərrac: “Sotheby’s”, Nyu-York

2. Ceff Kunis “Dovşan” (1986)

Qiyməti: $91 mln

Hərrac: “Christie’s”, Nyu-York

3. Robert Rauşenberq “Buffalo II” (1964)

Qiyməti: $88,8 mln

Hərrac: “Christie’s”, Nyu-York

4. Pol Sezann “Səhəng və meyvələr” (1888)

Qiyməti: $59,3 mln

Hərrac: “Christie’s”, Nyu-York

5. Pablo Pikasso “İtlə qadın” (1962)

Qiyməti: $54,9 mln

Hərrac: “Sotheby’s”, Nyu-York

6. Endi Vorhol “İkiqat Elvis” (1963)

Qiyməti: $53 mln

Hərrac: “Christie’s”

7. Ed Ruşey “Hurting the Word Radio #2” (1964)

Qiyməti: $52,5 mın

Hərrac: “Christie’s”, Nyu-York

8. Frensis Bekon “Study For A Head” (1962)

Qiyməti: $50,4 mln

Hərrac: “Sotheby’s”, Nyu-York

9. Mark Rotko “Adsız” (1960)

Qiyməti: $50,1 mln

Hərrac: “Sotheby’s”, Nyu-York

10. Devid Hokni “Henri Heldtsaler və Kristofer Skott” (1969)

Qiyməti: $49,5 mln

Hərrac: “Christie’s”, London