AMEA-nın ümumi yığıncağında I vitse-prezident vəzifəsinə seçkilər üzrə səsvermənin nəticəsi açıqlanıb.
Fins.az xəbər verir ki, Hesablama Komissiyanın sədri Urxan Ələkbərov nəticələri açıqlayıb. O qeyd edib ki, səsvermənin nəticəsinə görə, İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçiliblər.
Qeyd edək ki, humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülmüşdü.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibi də müəyyənləşib.
Yeni tərkib barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın illik Ümumi yığıncağında məlumat verib.
O bildirib ki, yeni tərkib 11 nəfərdən ibarətdir. Həmin şəxslər bunlardır:
- Akademiyanın prezidenti akademik Ramiz Mehdiyev
- Birinci vitse-prezident akademik İsa Həbibbəyli
- Birinci vitse-prezident akademik İbrahim Quliyev
- Vitse-prezident akademik Tofiq Nağıyev
- Vitse-prezident akademik Dilqəm Tağıyev
- Vitse-prezident akademik Nərgiz Paşayeva
- Vitse-prezident akademik İradə Hüseynova
- Vitse-prezident akademik Rasim Əliquliyev
- Akademik katib akademiyanın müxbir üzvü Əminağa Sadıqov
- Akademiyanın Naxçıvan büro bölməsinin sədri akademik İsmayıl Hacıyev
- Akademiyanın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev
Yeni tərkib səsverməyə çıxarılaraq təsdiq edilib.