SOSİUM

19 Dekabr

Azərbaycanda əhali mənzil təmirinə - DAHA AZ PUL XƏRCLƏMƏYƏ BAŞLAYIB

Azərbaycanda əhalinin mənzil təmirinə xəcrlədiyi vəsait azalıb.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son iki ildə əhalinin mənzil təmirinə xərclədiyi pullar əvvəlki illərlə müqayisədə azalıb.

Belə ki, ötən il Azərbaycanda əhali tərəfindən mənzil təmirinə 38 842,3 min manat xərclənib. Bu göstərici 2017-ci illə müqayisədə 480,30 min manat və ya 1,22% azdır.

Ümumilikdə isə mənzil təmirinə xərclənən vəsaitlər aşağıdakı dinamika üzrə dəyişib

2018-ci il – 38 842,3 min manat

2017-ci il – 39 322,6 min manat

2016-cı il – 40 341,9 min manat

2015-ci il – 43 617,6 min manat

2014-ci il – 41 699,4 min manat

2013-cü il – 38 921,4 min manat

© FED