SOSİUM

19 Dekabr

Bakıdakı dumanın SƏBƏBİ AÇIQLANDI

Bir neçə gündür ki,ölkəmizdə dekabr ayı üçün anomal hava şəraiti  müşahidə edilir və temperatur rejimi çoxillik normadan 4-5 dərəcə yüksəkdir. Bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, hazırda müşahidə olunan duman gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır.

“Bu duman havanın rütubətliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteorolojihadisədir.

Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif kükəklərlə quruya doğru yayılır. Adətən günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir.

Hazırda müşahidə edilən zəif  cənub-şərq küləyinin sabah şimal küləyi ilə əvəz olunacaq və nəticədə duman ehtimalı azalır”. 

U.Tağıyeva bildirib ki, əhali narahat olmasın müşahidə olunan  duman smoq deyil.