Hazırda Bakıda 500 sərnişin avtobusunda ödəniş nağdsız (kartla) həyata keçirilir.
Fins.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Qurum həmçinin bəyan edib ki, 2019-cu ildə paytaxtda sərnişindaşıma üçün 371 yeni avtobus alınıb, 200 avtobus əsaslı təmir olunub, 124 yeni dayanacaq pavilyonu quraşdırılıb, 8 avtobus parkı (qaraj) istifadəyə verilib, 10 marşrut xətti optimallaşdırılıb.
Məlumar üçün bildirək ki, ümumilikdə Bakıda ictimai nəqliyyat üçün istifadə edilən avtobusların sayı 2100 ədəddir. Bu is o deməkdir ki, Bakıda fəaliyyət göstərən avtobusların 75% nağd pulla işləyir.