Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 72 852,2 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur.
11 aylıq ÜDM-in 44 946,9 milyon manatlıq hissəsi qeyri-neft sektorunda formalaşıb. Bu, illik müqayisədə 3,5% çoxdur.
Son 1 ildə adambaşına düşən ÜDM-in dəyəri isə 1,2% artaraq 7 357,8 milyon manata çatıb.
© Report