Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 50 845,1 milyon manat təşkil edib.
Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% çoxdur.
Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6,4% artaraq 5 135,2 manata çatıb.