SOSİUM

18 Dekabr

112 gün iş günü olmayacaq

2020-ci il üçün 112 istirahət günü təsdiq edilib.

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə 2020-ci ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.  

2020-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 6-sı bayramqabağı iş günüdür), iş günü hesab edilməyən 112 istirahət günü (onlardan, 6-sı iş günü hesab edilməyən bayram günləri, 1-i səsvermə günü ilə üst-üstə düşən və 2 günü ötən ilin istirahət günü ilə yeri dəyişdirilən), iş günü hesab edilməyən 18 bayram (6-sı istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və 1 Ümumxalq Hüzn günü vardır (241+112+18+1-6= 366). 

Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.