Siyasət

24 Mart

Kanadada parlamenti buraxıldı

Finss.az - Kanadanın Baş naziri Mark Karni parlamentin buraxılması və 28 aprel tarixində seçkilərin keçirilməsi ilə bağlı rəsmi elan verib.

Bu barədə CBC telekanalı məlumat yayıb. Parlamentdə yerlər uğrunda mübarizə aparan partiyalar 36 gün davam edəcək seçki kampaniyasına başlayacaq. Kanada qanunvericiliyinə əsasən, bu müddət seçkiqabağı təbliğat üçün müəyyən edilmiş minimum vaxtdır.

Mediada yayılan məlumatlara görə, seçki kampaniyasının əsas mövzuları Kanada ilə ABŞ arasında ticarət münasibətləri və ABŞ Prezidenti Donald Trampın Kanadanın ABŞ-a daxil edilməsi ilə bağlı səsləndirdiyi fikirlər olacaq.

Xatırladaq ki, Kanadanın Liberal Partiyasının lideri Mark Karni 14 martda baş nazir kimi and içib. Həmin vaxt onun yaxın günlərdə parlament seçkiləri elan edəcəyi gözlənilirdi.