Amerikanın “Chevron Corp.” şirkəti 55 ildən artıq fəaliyyət göstərdiyi Şimal dənizinin Britaniyaya aid hissəsində qalan neft və qaz aktivlərini satacaq.
“Chevron” bildirib ki, qərar "gələcək kapital" nöqteyi-nəzərindən strateji və rəqabətqabiliyyətli aktivləri müəyyən etmək üçün “Chevron”-un qlobal portfelinin nəzərdən keçirilməsindən sonra verilib. Həmçinin şirkət verilən qərarın vergilərlə (enerji şirkətləri Böyük Britaniyada mənfəətin 75%-ni ödəyir) və ya ölkənin siyasi iqlimi ilə əlaqəli olmadığını qeyd edib.
Qeyd etmək lazımdır ki, böyük neft şirkətləri dünya üzrə yeni yataqlara diqqətini dəyişərək Şimal dənizi hövzəsini tərk edirlər. 2021-ci ildə “ExxonMobil” də buranı tərk edib.