Siyasət

06 İyul

Qarabağda çalışmaq istəyənlərin 70 faizi yerli sahibkardır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumatına əsasən, bugünədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan KOBİA-ya 1500-ə yaxın müraciət daxil olub ki, onlardan 70 faizi yerli biznes subyektlərinin müraciətləridir.

Fins.az xəbər verir ki, Agentlikdən qeyd edilib ki, KOB-ların maliyyə imkanlarının yaxşılaşdırılmasına dəstək məqsədilə onların təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələrinin maliyyələşdirilməsi mexanizmi çərçivəsində indiyədək 39 KOB subyektinə 750 min manatdan çox qrant vəsaiti verilib.