2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta üzrə 881,844 milyon manat sığorta haqqı toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 116,4 milyon manat və ya 15,2% artım deməkdir.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, hesabat dövründə könüllü sığorta üzrə ödənişlər 105,421 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 27,2% artım deməkdir. Beləliklə, toplanmış hər 100 manat sığorta haqqının 11,9 manatı müştərilərə qaytarılıb.
Qeyd olunur ki, yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin ümumi sığorta yığımları 1,157 milyard manat təşkil edib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 133,5 milyon manat və ya 13% artım göstərir. Eyni dövrdə həyata keçirilən ümumi sığorta ödənişləri 683,896 milyon manat səviyyəsində olub ki, illik müqayisədə 130,1 milyon manat və ya 23,5% artım deməkdir.
Fuad Mədətov
Finss.az
