2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda icbari sığorta üzrə 275,410 milyon manat sığorta haqqı toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 milyon manat və ya 6,6% artım deməkdir.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, hesabat dövründə icbari sığorta üzrə ödənişlər 105,421 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 6,5% artım deməkdir. Beləliklə, toplanmış hər 100 manat sığorta haqqının 38,3 manatı müştərilərə qaytarılıb.
Qeyd edək ki, yanvar-sentyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin ümumi sığorta yığımları 1,157 milyard manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 133,5 milyon manat və ya 13% çoxdur. Hesabat dövründə həyata keçirilən ümumi sığorta ödənişləri isə 683,896 milyon manat səviyyəsində qeydə alınıb ki, bu da illik müqayisədə 130,1 milyon manat və ya 23,5% artım deməkdir.
Fuad Mədətov
Finss.az
