2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 683,9 milyon manat sığorta ödənişi həyata keçirilib.
Finss.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 130,1 milyon manat və ya 23,5% artım deməkdir.
Dövr ərzində ən çox sığorta ödənişi edən şirkət “Paşa Həyat Sığorta” ASC olub – 472,1 milyon manat. İkinci yerdə “Paşa Sığorta” ASC (103 milyon manat), üçüncü yerdə isə “Atəşgah Həyat” Sığorta Şirkəti (47,5 milyon manat) qərarlaşıb.
Cari ilin ilk doqquz ayında sığorta ödənişlərinə görə şirkətlərin renkinqi belədir:
| Şirkət adı | Məbləğ (min manat) |
|---|---|
| Paşa Həyat Sığorta | 472,062 |
| Paşa Sığorta | 102,969 |
| Atəşgah Həyat Sığorta Şirkəti | 47,513 |
| Atəşgah Sığorta Şirkəti | 29,471 |
| Qala Sığorta | 19,401 |
| Meqa Sığorta | 11,836 |
| Azərbaycan Sənaye Sığorta | 9,011 |
| A-Qroup Sığorta Şirkəti | 8,250 |
| Xalq Sığorta | 7,639 |
| Aqrar Sığorta | 4,969 |
| AtaSığorta | 4,103 |
| Xalq Həyat Sığorta Şirkəti | 4,078 |
| Meqa Həyat Sığorta ASC | 3,850 |
| Qala Həyat Sığorta Şirkəti | 2,161 |
| AzSığorta | 1,364 |
| İpək Yolu Sığorta | 220 |
Fuad Mədətov
Finss.az
