SIĞORTA

29 Sentyabr

Azərbaycanın sığorta bazarı böyüyüb

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1,048 milyard manat sığorta haqqı toplanıb.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 120 milyon manat və ya 12,9% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603,414 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 105,1 milyon manat və ya 21,1% artım deməkdir.

Fuad Mədətov
Finss.az