2025-ci ilin yanvar-aprel aylarında “Qala Həyat” Sığorta Şirkəti ASC 9 milyon 517 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 711 min manat və ya 22% artım deməkdir. Beləliklə, ötən ilin yanvar-aprel aylarında şirkət 7 milyon 806 min manat sığorta haqqı toplamışdı.
Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında “Qala Həyat” ASC 444 min manat sığorta ödənişi həyata keçirib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 646 min manat və ya 2,5 dəfə azalma deməkdir. Nəticə etibarilə, 2024-cü ilin yanvar-aprel aylarında şirkətin sığorta ödənişləri 1 milyon 110 min manat təşkil edib.
Fuad Mədətov
Finss.az