2025-ci ilin yanvar-aprel aylarında “Azərbaycan Sənaye Sığorta” ASC 11 milyon 24 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 965 min manat və ya 22% artım deməkdir. Beləliklə, şirkət 2024-cü ilin yanvar-aprel aylarında təxminən 9 milyon 36 min manat sığorta haqqı toplayıb.
Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında “Azərbaycan Sənaye Sığorta” ASC 4 milyon 15 min manat ödəniş həyata keçirib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 131 min manat və ya 39% artım deməkdir. Beləliklə, 2024-cü ilin yanvar-aprelində sığorta ödənişləri təxminən 2 milyon 890 min manat təşkil edib.
Fuad Mədətov
Finss.az