Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 300,5 milyon manat təşkil edib.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verib.
Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30,7 milyon manat və ya 11,4% çoxdur.
Hesabat dövründə həyat sığortası üzrə ödənişlərin həcmi isə 40,3 milyon manat olub. Bu, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 18,7 milyon manat və ya 14,6% artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandakı sığorta şirkətləri tərəfindən ümumilikdə 588,5 milyon manat sığorta haqqı yığılıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,4% çoxdur.
Həmin dövrdə sığorta ödənişləri 231,3 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4% artımdır.
Fuad Mədətov
Finss.az