SIĞORTA

29 Aprel

“Aqrar Sığorta”nın sığorta ödənişləri 25%-ə yaxın azalıb

2025-ci ilin yanvar-mart aylarında “Aqrar Sığorta” ASC tərəfindən toplanan sığorta haqları 8 milyon 817 min manat təşkil edib.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 471 min manat və ya 20,02% artım deməkdir. Ötən ilin ilk rübündə şirkət 7 milyon 346 min manat həcmində sığorta haqqı toplayıb.

Bununla yanaşı, hesabat dövründə sığorta ödənişlərində azalma müşahidə olunub. Belə ki, 2025-ci ilin ilk üç ayında “Aqrar Sığorta” tərəfindən ödənilən sığorta məbləği 1 milyon 320 min manat olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 432 min manat və ya 24,66% azdır. 2024-cü ilin yanvar-mart aylarında bu göstərici 1 milyon 752 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az