2025-ci ilin yanvar-mart aylarında “Qala Sığorta” ASC 25 milyon 181 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 600 min manat və ya 9,36% azalma deməkdir. 2024-cü ilin ilk üç ayında şirkət 27 milyon 781 min manat həcmində sığorta haqqı toplayıb.
Bunun əksinə olaraq, sığorta ödənişlərində ciddi artım müşahidə olunub. Cari ilin üç ayında “Qala Sığorta” 5 milyon 170 min manat həcmində sığorta ödənişi həyata keçirib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2 milyon 167 min manat və ya 72,15% artım deməkdir.
Fuad Mədətov
Finss.az