SIĞORTA

29 Aprel

“Qala Həyat”ın sığorta ödənişləri kəskin azalıb

2025-ci ilin yanvar-mart aylarında “Qala Həyat” Sığorta Şirkəti ASC 6 milyon 536 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 346 min manat və ya 25,94% artım deməkdir. 2024-cü ilin yanvar-mart aylarında şirkət 5 milyon 190 min manat həcmində sığorta haqqı toplayıb.

Eyni zamanda, şirkətin sığorta ödənişləri kəskin azalıb. Belə ki, cari ilin ilk üç ayında həyata keçirilən ödənişlər cəmi 192 min manat təşkil edib. Halbuki ötən ilin müvafiq dövründə bu rəqəm 1 milyon 11 min manat idi. Bu da 81,01% azalma deməkdir.

Fuad Mədətov
Finss.az