2025-ci ilin yanvar-mart aylarında “Atəşgah” Sığorta Şirkəti ASC 14 849 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 596 min manat və ya 21,19% artıb. 2024-cü ilin ilk üç ayında şirkətin topladığı sığorta haqlarının məbləği 12 253 min manat olub.
Hesabat dövründə şirkət tərəfindən həyata keçirilən sığorta ödənişləri də əhəmiyyətli dərəcədə artaraq 8 398 min manat təşkil edib. Müqayisə üçün, 2024-cü ilin yanvar-mart aylarında “Atəşgah”ın sığorta ödənişləri 4 525 min manat olub. Beləliklə, ödənişlərdə 3 873 min manat və ya 85,57% artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az