SIĞORTA

29 Aprel

“AtaSığorta”nın sığorta ödənişləri 9,26% artıb

2025-ci ilin yanvar-mart aylarında “AtaSığorta” ASC 2 488 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bu göstərici, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 106 min manat və ya 4,09% azalma göstərir. 2024-cü ilin yanvar-mart ayında şirkət 2 594 min manat sığorta haqqı toplayıb.

Hesabat dövründə şirkət tərəfindən sığorta ödənişləri isə 1 074 min manat təşkil edib. Bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 91 min manat və ya 9,26% artım deməkdir. 2024-cü ilin yanvar-mart ayında şirkət 983 min manat sığorta ödənişi edib.

Fuad Mədətov
Finss.az