SIĞORTA

28 Aprel

Azərbaycanda qeyri-həyat sığortası 5,5% artıb

2025-ci ilin birinci rübü ərzində Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta şirkətləri 129,8 milyon manat yığım həyata keçirib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankının yayımladığı hesabata əsasən xəbər verir ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 milyon manat və ya 5,5% artım təşkil edir.

2025-ci ilin yanvar-mart aylarında qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi isə 25,6 milyon manat olub. Bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 2,1 milyon manat və ya 7,6% azalma deməkdir.

2024-cü ilin birinci rübündə qeyri-həyat sığortası üzrə sığorta şirkətləri tərəfindən yığılan məbləğ 123 milyon manat, ödənişlər isə 27,7 milyon manat olub.

Ümumilikdə, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri 399,1 milyon manat sığorta haqqı toplayıb. Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 26 milyon manat artıb. Eyni dövrdə, sığorta şirkətləri 164 milyon manat ödəniş edib ki, bu da illik müqayisədə 10,7 milyon manat və ya 7% artım deməkdir.

Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqından 41,1 manat sığorta ödənişi edilib.

Fuad Mədətov
Finss.az