Finss.az - 5 Aprel tarixində ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi uğurla baş tutub. Bakı Fond Birjasının da sponsor olduğu layihə ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə keçirilib.
Layihəyə yanvar ayında start verilmiş və ümumilikdə 91 komanda müraciət etmişdir. Müsahibə mərhələsindən uğurla keçən 26 komanda Biznes Akademiyası və ABCC sessiyalarında iştirak etmiş, onlardan 16-sı yarımfinal mərhələsinə vəsiqə qazanmışdır.
Yarışma prosesi zamanı iştirakçılar real biznes problemləri üzərində işləyərək analitik və strateji düşünmə bacarıqlarını inkişaf etdiriblər.
Sonda komandalar problemlərin həlli üçün strategiyalar hazırlayaraq, təkliflərini münsiflər heyətinə təqdim ediblər.
Münsiflərin qiymətləndirməsi əsasında yarışmanın qalibləri aşağıdakı kimi müəyyən olunub:
I yer – Team 16 (ADA Universiteti) – 8000 AZN mükafat
II yer – Team 20 (Azərbaycan Dövlət İqtisad Universiteti) – 4000 AZN mükafat
III yer – Team 14 (Azərbaycan Dövlət İqtisad Universiteti) – 2000 AZN mükafat
Layihənin əsas məqsədi gənclərin maliyyə, marketinq, hesabat, texnologiya və idarəetmə sahələrində praktiki bacarıqlarını inkişaf etdirməkdir.
Azərbaycan Biznes Keys Yarışması 2002-ci ildən etibarən ölkədə təhsil alan bakalavr və magistr tələbələri üçün keçirilən ənənəvi və nüfuzlu layihələrdən biridir. Bu il yarışma Bakı Fond Birjası, BP, BirBank, Veysəloğlu Şirkətlər Qrupu, Moonwake Investment, Azercell, EY, PASHA Life, Deloitte, KPMG və ADA Universiteti tərəfindən dəstəklənmişdir.

Zemfira Ms
Finss.az