2024-cü ilin yanvar-noyabr aylarında qeyri-həyat sığortası növləri üzrə Azərbaycanda toplanan sığorta haqları və həyata keçirilən ödənişlərdə əhəmiyyətli artım müşahidə edilib.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, qeyri-həyat sığortası sektorunda toplanan sığorta haqları 230,3 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 milyon manat və ya 4% artımı göstərir.
Həyata keçirilən ödənişlər isə 121,7 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,3% artım qeydə alınıb.
Fuad Mədətov
Fins.az