2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığorta növü üzrə toplanan sığorta haqları və həyata keçirilən ödənişlərdə artım müşahidə edilib.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, həyat sığortası sektorunda toplanan sığorta haqları 79,3 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon manatlıq və ya 7%-lik artımı əks etdirir. Ödənişlərin ümumi məbləği isə 4,2 milyon manat olub ki, bu da keçən ilin göstəricilərindən 21,8% çoxdur.
Fuad Mədətov
Fins.az