Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 1222,2 milyon manat sığorta haqqı yığılıb.
Bu barədə Fins.az Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 10,3% çoxdur.
Sözügedən dövr ərzində sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 694,1 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,5% artım deməkdir.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 1108 milyon manat, sığorta ödənişlərinin həcmi isə 497,5 milyon manat olub.
Fuad Mədətov
Fins.az