Naxçıvan Muxtar Respublikasında son illər ərzində sığorta sektoru da inkişaf edib.
İqtisadiyyat Nazirliyindən Finss.az-a verilən məlumata əsasən, 2024-cü il ərzində sığorta sahəsində daxilolmalar 2023-cü ilə nisbətən əhəmiyyətli dərəcədə artıb.
Muxtar respublikada sosial sığorta daxilolmaları 9,7% artaraq 162 milyon manat təşkil edib. Qeyri-dövlət sektoru üzrə daxilolmalar isə 15,8% artaraq 25,4 milyon manat olub. Həmçinin, işsizlikdən sığorta fondu və icbari tibbi sığorta daxilolmaları da müsbət dinamika göstərib, müvafiq olaraq 11,4% və 18,9% artaraq sırasıyla 4,4 milyon manat və 28,9 milyon manat olub.
Bununla yanaşı, Naxçıvanda sığorta sektorunun müasirləşməsi istiqamətində ciddi addımlar atılıb, yeni texnoloji həllər tətbiq edilib və sığorta xidmətlərinin elektron qaydada göstərilməsi sürətləndirilib. Bu tədbirlər, iqtisadiyyatın sığorta sahəsindəki inkişafını dəstəkləyərək, həm fərdi, həm də biznes sahibləri üçün əlverişli şərait yaratmağa imkan verir.
Fuad Mədətov
Finss.az