Hər ilin əvvəlində investisiya istiqamətləri müəyyən edilir. Məsələn, bu il Aqrar Sığorta Fondunun investisiya portfeli 22-23 milyon manat civarındadır.
Finss.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bu gün "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, bu vəsaitlər əsasən dövlət qiymətli kağızlarına və beynəlxalq reytinq agentlikləri tərəfindən B- reytinqindən yuxarı qiymətləndirilən banklara yönəldilir:
"Ölkədə cəmi 5 belə bank var. Biz investisiyanı dayanıqlılığı olmayan banklara yönləndirə bilmərik. Yalnız dövlət bankları, dövlət qiymətli kağızları və beynəlxalq reytinq agentliklərinin B- reytinqindən yüksək qiymətləndirdiyi banklarla əməkdaşlıq edirik."