Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yanvar ayını əhatə edən ölkədə fəaliyyət göstərən maliyyə qurumlarının statistik göstəriciləri arasında yerli sığorta şirkətləri sığorta ödənişlərini açıqlayıb.
Finss.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sığorta ödənişləri üzrə renkinq siyahısında “Paşa Həyat Sığorta” ASC 25,572 min manatla ən yüksək nəticə göstərən şirkət olub.
İkinci ən yüksək nəticə “Paşa Sığorta” ASC-də (8,777 min manat), üçüncü ən yüksək nəticə isə “Atəşgah Həyat” Sığorta Şirkəti ASC-də (3,712 min manat) qeydə alınıb.
Siyahıda sonuncu yerdə “İpək Yolu Sığorta”ASC (2 min manat) qərarlaşıb.
Finss.az sığorta şirkətlərinin sığorta ödənişləri üzrə renkinqini təqdim edir:

Fuad Mədətov
Finss.az