SIĞORTA

24 Fevral

Daşınmaz əmlakın icbari sığorta bazarı 4,4 milyon manat böyüyüb - Elmar Mirsalayev

2024-cü il ərzində daşınmaz əmlakın icbari sığortası bazarı 4,4 milyon manat artıb və baş vermiş hadisələrə görə əmlak sahiblərinə 2,2 milyon manat sığorta ödənişi edilib.

Finss.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru və Türk Dünyası Sığorta Birliyinin həmtəsisçisi Elmar Mirsalayev Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumunda açıqlayıb.

O, çıxışında qeyd edib ki, baş verən təbii fəlakətlər, yanğın və sel kimi xoşagəlməz hadisələr, əmlak sığortasının vacibliyini bir daha vurğulayır. Bu hadisələr, həmçinin, sığorta sahəsinin inkişafına və daha geniş əhatəyə malik olmasına zərurət yaradır.

Fuad Mədətov
Finss.az