SIĞORTA

17 Fevral

Sosial sığorta daxilolmaları proqnozu 11% üstələyib - DSMF

Yanvar ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 44,2 milyon manat və ya 11,1 faiz artım qeydə alınıb.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8 milyon manat və ya 8,7 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 35,9 milyon manat və ya 12,6 faiz artıb.

Fuad Mədətov
Finss.az