Ötən il Azərbaycanda bağlanmış sığorta müqavilələrinin və baş vermiş sığorta hadisələrinin ən yüksək göstəricisi bazar ertəsi günü müşahidə edilib.
Finss.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun baş informasiya meneceri Anar Səmədov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, ötən il ən çox sığorta müqaviləsi 2009-2013-cü illərdə istehsal edilmiş nəqliyyat vasitələri üzrə bağlanıb və onların bazardakı xüsusi çəkisi 23% təşkil edib. Ən çox sığorta hadisəsi isə 2004-2008-ci illərdə istehsal edilmiş nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınıb.
Sığorta bazarında əsas göstəricilər:
- Orta sığorta haqqı üzrə ən yüksək göstərici 1999-2003-cü illərdə istehsal olunmuş nəqliyyat vasitələrinə aid olub – 91 manat.
- Orta sığorta ödənişi üzrə ən yüksək göstərici isə 1993-cü ildən əvvəl istehsal edilmiş nəqliyyat vasitələrinə aid olub – 1 309 manat.
- Sığortalıların yaş qruplarına görə ən çox müqavilə 36-50 yaş aralığında olan sürücülər tərəfindən bağlanıb. Hadisələrin sayı da məhz bu yaş qrupunda daha yüksəkdir.
- Zərər məbləğinə gəldikdə isə ən çox ödənilən məbləğ 1 000 manatdan aşağı olan kateqoriyaya aiddir.
- Bölgələr üzrə statistikaya əsasən, ən çox sığorta hadisəsi Bakı, Abşeron və Sumqayıt şəhərlərinin payına düşüb.
Bu göstəricilər sığorta bazarında risk faktorlarının əsasən nəqliyyat vasitəsinin istehsal ili, sahibinin yaş kateqoriyası və coğrafi bölgəyə görə dəyişdiyini ortaya qoyur.
Fuad Mədətov
Finss.az