2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan sığorta bazarının yığımları 9% artaraq 1 milyard 112 milyon manata çatıb.
Fins.az xəbər verir ki, bu dövrdə sığorta ödənişləri 36,7% artaraq 622 milyon manata yüksəlib.
Sığorta bazarının zərərlilik göstəricisi də artıb. Keçən ilin ilk 10 ayında hər 100 manat sığorta haqqının 44,6 manatı ödənişə yönəldilmişdisə, bu ilin eyni dövründə bu rəqəm 55,9 manata yüksəlib.
Bundan əlavə, həyat sığortası üzrə qanuna ediləcək dəyişikliklər nəticəsində 2025-ci ildən ümumi sığorta bazarı üzrə yığımlarda azalma gözlənilir.