SIĞORTA

02 Dekabr

Əhalinin 2025-ci ilin üçün icbari tibbi sığortalanmasına ayrılan vəsaitin həcmi açıqlanıb

Gələn il İcbari Tibbi Sığorta Fonduna ayrılması proqnozlaşdırılan 1410,4 mln. manatın 1266,6 mln. manatını əhalinin icbari tibbi sığortalanması ilə bağlı dövlətin payına düşən öhdəliyi təşkil edəcək.

Fins.az-ın xəbərinə görə, bu barədə məsələ “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, 2025-ci ilin dövlət büdcəsi layihəsində adambaşına düşən icbari tibbi sığorta haqqı cari lin sonuna gözlənilən 2,7% inflyasiyaya uyğun artırılaraq 124,1 manat müəyyən edilib.

Fuad Mədətov
Fins.az