Fins.az - Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin "BMS Group Sigorta ve Reasürans Brokerliği" Anonim Şirkətini ölkənin xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib. Bu barədə AMB məlumat yayıb.
Yeni daxil edilən şirkət ilə Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 93-ə çatıb. Xatırladaq ki, bu ilin oktyabr ayında 4 xarici ölkəyə aid 5 şirkət də eyni reyestrə daxil edilmişdi.
"BMS Group Sigorta ve Reasürans Brokerliği" şirkəti 2020-ci ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir və bu addım Azərbaycanın sığorta bazarının beynəlxalq əməkdaşlıq və genişlənməsini gücləndirmək məqsədi daşıyır.