İcbari sığorta əhalinin geniş təbəqəsini, hüquqi şəxsləri və dövlətin risklərdən qorunmasını təmin edən mühüm mexanizmdir.
Fins.az xəbər verir ki, bu sığorta növü fiziki və ya hüquqi şəxslərlə bağlanır və qanunla müəyyənləşdirilmiş şəkildə onların üzərinə müəyyən qrupların sağlamlığının, həyatının və əmlakının sığortalanması üzrə məsuliyyət qoyulur. İcbari sığorta üzrə fəaliyyət “İcbari Sığorta Növləri Haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və yalnız müvafiq lisenziya almış sığorta şirkətləri bu fəaliyyətlə məşğul ola bilər.
PAŞA Sığorta: İcbari Sığorta üzrə Lisenziyalı Xidmətlər
“PAŞA Sığorta” avtomobil sahiblərinin mülki məsuliyyəti, daşınmaz əmlak və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyət üzrə icbari sığorta xidmətləri göstərir və bu sahələr üzrə lisenziyaya malikdir. Şirkət, İcbari sığorta növləri üzrə büronun reyestrinə daxil edilib və bütün sığorta polislərinin rəsmiləşdirilməsi prosesini vahid məlumat sistemi vasitəsilə onlayn rejimdə həyata keçirir. Bu da müştərilər üçün sığorta prosesini daha əlçatan və rahat edir.
Onlayn İcbari Sığorta İmkanları
Müştərilər PAŞA Sığorta saytı (pasha-insurance.az) vasitəsilə icbari sığorta polislərini onlayn əldə edə bilərlər. Bu rahat həll vasitəsilə müştərilər vaxt itkisinə yol vermədən, təhlükəsiz şəkildə öz əmlak və məsuliyyətlərini qoruma altına almış olurlar.
İcbari sığorta, risklərə qarşı qoruma təmin etməklə, iqtisadi stabilliyin qorunmasına və əhalinin sosial təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.