2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan sığorta bazarındakı yığımlar 9.4% artaraq 1 milyard 23 milyon 707 min manata çatıb.
Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, həmin dövrdə həyata keçirilən sığorta ödənişləri isə 38.3% artaraq 553 milyon 746 min manata yüksəlib.
Sığorta bazarının zərərlilik göstəricisi də artıb. Belə ki, ötən ilin ilk 9 ayında toplanmış hər 100 manat sığorta haqqının 42.8 manatı ödənişlərə ayrılmışdısa, bu ilin eyni dövründə bu göstərici 54 manat təşkil edib.
Fuad Mədətov
Fins.az