SIĞORTA

23 Oktyabr

Azərbaycanın sığorta bazarı 9,4 % böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 17 sığorta şirkəti tərəfindən ümumilikdə 1 milyard 23,707 milyon manat sığorta haqqı toplanıb.

Fins.az xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 % artım deməkdir.

Hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin ümumi məbləği 553,746 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 38,3 % artım göstərir.

8 ay ərzində sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının 54,1 manatı ödəniş kimi geri qaytarılıb. Ötən ilin eyni dövründə bu göstərici 42,8 manat olub.

Fuad Mədətov
Fins.az